“Burada sağlam düşüncəni yenidən boğmağa çalışırlar” - Papuaşvili

burada-saglam-dusunceni-yeniden-bogmaga-calisirlar
Oxunma sayı: 1346

Xarici təsirin şəffaflığı” qanun layihəsi ətrafında ajiotaj gürcü cəmiyyətinə dezinformasiya hücumudur, burada sağlam düşüncəni yenidən boğmağa çalışırlar”.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirib.

Papuaşvili açıqlamasında bu sözləri deyib:

“İndi biz faktiki olaraq Gürcüstan cəmiyyətinə qarşı dezinformasiya hücumunun şahidi oluruq; Yenə də sağlam düşüncə şüarlarla sıxışdırılmağa çalışılır. Arqument kimi təlqin etmək istədikləri bir inancla qarşı-qarşıyayıq”.

Gürcüstan parlamentinin sədri onu da vurğulayıb ki, opponentlər sadəcə Brüssel və Vaşinqtonun layihəyə “yox” dediyi üçün etiraza başlayıblar:

“Bu ölkə və soydaşlarımız illərlə müxtəlif mərhələlərdən keçib. Son 30 ildə bildiyimiz bircə şey var: Vacib olan gürcü xalqının nə dediyidir, başqa amillər yox. Cəmiyyətin bu təbəqəsindən soruşsam ki, niyə qanunun əleyhinəsiniz? Təqribən bu cavabı eşidəcəm: çünki xaricilər bunu qəbul etməməyimizi deyirlər”.

Xatırladaq ki, dünən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqqında” qanunun müzakirəsi zamanı deputatlar arasında dava düşüb. Həmçinin parlamentin önündə nümayiş keçirilib. Etirazçılardan ictimai asayişi pozmaqda təqsirləndirilən 14 nəfər saxlanılıb.