Burak Yılmaz mövsümün futbolçusu seçilə bilər

burak-yilmaz-movsumun-futbolcusu-secile-biler
Oxunma sayı: 1962

Fransanın "Lill" klubunun hücumçusu Burak Yılmaz Liqa 1-də mövsüm futbolçusu seçilə bilər.

"Qafqazinfo" xəbər verir ki, 35 yaşlı hücumçu "Kanal+"in təşkil etdiyi səsvermədə namizədlər sırasındadır. O, PSJ-dən Neymar və Kilian Mbappe, "Lion"dan Memfis Depay və "Monako"dan Uissam ben Yedderlə mübarizə aparır.

Qeyd edək ki, Burak bu mövsüm Liqa 1-də 26 matçda 15 qol vurub və 5 məhsuldar ötürmə edib.