“Buta Farm” məhkəməyə verildi

buta-farm-mehkemeye-verildi
Oxunma sayı: 2386

“Buta Farm” apteklər şəbəkəsi barəsində məhkəmə iddiası qaldırılıb.

“Qafqazinfo”nun məlumatına görə, aptek rəhbərliyi sertifikasiyadan keçməyən işçiləri tibb və əczaçılıq fəaliyyətinə buraxmaqda təqsirli bilinir.

Dövlət Əmək Müfəttişliyi tərəfindən “Buta Farm” barəsində yazılan cərimə protokolu baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. İş hakim Nəriman Mehdiyevin icraatına verilib. İddia təsdiqini taparsa, “Buta Farm” 8 min manatadək cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Buta Farm” 2008-ci ildən fəaliyyət göstərir və Azərbaycanda ən böyük apteklər şəbəkəsinə malik firmalardan biridir.

Amin Nəzərli