Vasif Talıbov abortu qadağan etdi

vasif-talibov-abortu-qadagan-etdi
Oxunma sayı: 651

Qadağaları ilə mətbuatın diqqət mərkəzində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. “Qafqazinfo”ya daxil olan məlumatda Vasif Talıbovun Muxtar Respublikada abortu qadağan etdiyi qeyd olunur. Belə ki, artıq bir müddətdir ki, Naxçıvanın bütün tibb müəssisələrinə bununla bağlı qəti tapşırıq verilib. Məlumatda bildirilir ki, bununla bağlı V. Talıbovun hər hansı rəsmi əmri yoxdur. Qadağa şifahi olaraq verilib və buna əməl olunur.

Azərbaycan cəmiyyətdə abort əsasən oğlan və qız uşaqları arasında qoyulan diskriminasiyadan baş versə də V.Talıbovun belə bir addım atmasının səbəbi bəlli deyil.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyədə də analoji durum yaşanmışdı. Yeganə fərq isə ondadır ki, qonşu ölkə parlamentə təqdim edilməsi üçün əvvəlcə abortun məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlamışdı. Lakin qadınların etirazlarından sonra layihənin məclisə təqdim edilməsi gecikdirildi.