Xəstələrini aldadan həkim yoxa çıxıb - Şikayət

xestelerini-aldadan-hekim-yoxa-cixib-sikayet
Oxunma sayı: 717

Son vaxtlar tibb müəsisələrində dövr edən özbaşnalıq, səhlənkərlıq halları durmadan artır. Bu qənaətə gəlmək üçün xəstələrin narazılıqları, şikayətlərini dinləmək, kənardan vəziyyəti bir az müşahidə kifayət edir. Xəstə-həkim arasındakı münasıbətlərinin pozulmasında pul amili xüsusi rol oynayır. Yaxud da, əlil olan xəstələr bəzən bir həkim arayışı, tibbi sənəd almaq üçün süründürməçiliklə qarşılaşırlar. Onların probleminin tez həll olunmasında cavabdeh həkimin(əlbəttə ki, bir qisim həkimdən söhbət gedir) məsuliyyətsizliyi onun döyülməsi, təhqir olunması ilə nəticələnir.

60 yaşlı Zöhrab İsmayılıov şəkərli diabet xəstəsidir. O, şəkər xəstəsi ola-ola bir neçə əməliyyat da keçirib. Xəstəliklə əlaqədar son bir neçə ildə görmə qabiliyyətində ciddi problemi var. Bu səbəbdən əmək qabiliyyətini itirmiş Zöhrab İsmayılov iki il əvvəl təqaüdə çıxmaq qərarına gəlib. Pensiyaya çıxmaq üçün sənədlərini yaxının məsləhəti ilə Şahin Qurbanov adlı həkimə verib. Həkim məsələnin tez həll olunması üçün ondan 400 manat pul alıb. Xəstənin oğlu Sənan İsmayılovun sözlərinə görə, onlar Şahin Qurvanov adlı həkim tərəfindən aldadılıblar. O, iddiasını belə əsaslandırır: “Həkim artıq iki ildir ki, bizi süründürür. Əvvəlcə bizə atamın təqaüdə çıxması üçün erkən olduğunu bəhanə gətirirdi. Sonra Türkanda yerləşən Vərəm Dispanserindəki vəzifəsindən çıxarıldığını dedi. Daha sonra Zığdakı 6 saylıVərəm Dispanserinə dəfələrlə getdim, görüşümüzdə “narahat olma, işinizi düzəldəcəm”, vədlərini verirdi. Sözünü tutmamaqla yanaşı, həkimin bizi bəhanələrlə başından etməsi qəzəbləndirirdi. Atam da əsəb sarsıntısı keçirirdi. Nəhayyət, sonuncu dəfə bu ilin aprelində onunla görüşdük. Ondan pulumuzu və sənədləri qaytarmasını tələb etdik. Yenə söz verdi,onun haqsızlığına dözə bilmədik. Dayım oğlu Qoşqarın şahidliyi ilə onu divara sıxışdırıb dilindən kağız almağa nail oldum. Verdiyi kağızda bizə 400 manat borclu olduğunu qeyd edib və imzasını atıb. Amma iki ay keçib, yenə xəbər-ətər yoxdur. Telefonları cavab vermir. Çox vaxt mobil telefonunu söndürür.O, həm də Kürdəmirdə yaşayan yaxınımızdan da tibbi sənəd düzəltmək üçün 600 manat alıb. Bu məsələ də həllini tapmayıb. Onun etdiyi hərəkət qanundan kənar və fırıldaqçılıqdır. Bu həkim haqqında təcili tədbir görmək lazımdır. Çünki biz maraqlandıq, öyrəndik ki bu həkim dələduzluqla məşğul olur. O, dəfələrlə xəstələri aldadıb, vədinə əməl etməyib”.

Adı çəkilən həkimin məsələylə bağlı fikrini öyrənmək istəsəm də, alınmadı. Çünkü həkimin telefonu cavab vermirdi. İşlədiyi 6 saylı Vərəm Dispanserinin baş həkiminin dediyinə görə isə, xəstəxanada bu adda həkim işləmir. Maraqlıdır. Onda belı çıxır ki, Şahin həkim gizlənir və gizlədilir. Əgər belədirsə, onda həkim haqqında deyilənlər tam həqiqətə uyğundur və o məsuliyyət daşıyır.

Hüquqşünas Naib Yusifovun sözlərinə görə, həkimin əməlində cinayət tərkibi var. Həkim bir neçə xəstəni qeyri-qanuni yolla sənəd düzəltmək məqsədiylə aldatmış, məsuliyyətdən qaçmışdır. Hələ əgər həkimin öz əməlini təsdiq edən qeydləri varsa, qarşı tərəf onun haqqında iddia qaldıra bilər. Sözsüz ki, bu halda həkimin məsuliyyətə cəlb olunması, qanun qarşısında cəzalandırılması məsələsi qoyulmalıdır. Əgər Şahin Qurbanov adlı həkim Tibbi –sosial ekspert komisiyyasının üzvü kimi pensiya düzəltmək məqsədiylə pul alıbsa, deməli bu rüşvət hesab olunur. İddiaçı tərəfin dediklərinin sübuta yetirilməsi vacibdir. Şahidləri varsa, əgər zərərçəkmişlərin sayı çoxdursa, proses daha da ictimailəşdirilə bilər. İddiaçı tərəf həkimin adından iltizamnamə(dilindən kağız) alıbsa, onda burada məhkəmə araşdırması nəticəsində dəqiqləşdirmə aparılır. Həkimin dələduzluğu, rüşvət alması sübuta yetirilərsə, onu ciddi mənada məhkəmə qərarından asılı olaraq cəza gözləyir. İddiaçı tərəfin itirdiyi məbləğə gəlincə, bu zaman əldən çıxmış fayda hesablanır. Əldən çıxmış fayda dedikdə normal mülki dövriyyə zamanı gətirəcəyi fayda nəzərdə tutulur. Bunun üçün iki yol var. Ya məhkəmə Mərkəzi Banka sorğu verərək pulun verildiyi gündən qətnamə çıxan günə qədərki illik uçot dərəcələrini – faiz dərəcələrini alaraq hesablanır, ya da Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablana bilər. Bundan başqa, həkimin həmin məbləği sırf sənəd düzəltmək Adı ilə alması təsdiqlənərsə məhkəmə xüsusi qərardad çıxararaq həkimin əməlində ARCM-nin 178-ci maddəsində göstərilən cinayət əlamətləri - dələduzluq olduğu üçün araşdırılmaq üçün işi prokurorluğa göndərə bilər.

Raminə Eyvazqızı