Xəstəni yoluxmağa heroinlə gəldilər - Kriminal xəbərlər

xesteni-yoluxmaga-heroinle-geldiler-kriminal-xeberler
Oxunma sayı: 695

Xəzər RPİ NMB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nizami Əlizadədən 300 qramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Elnur Əmirov martın 6-da tutulub.

Nizami RPİ 23-cü və Yasamal RPİ 29-cu PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Əliyev prospektində yerləşən ƏN PX-nin Müalicə Müəssisəsində cəza çəkən Rasim Ramazanovun görüşünə gəlmiş qardaşları, əvvəllər məhkum olunmuşlar, Xətai RPİ tərəfindən AR CM-nin 177-ci maddəsi ilə axtarışda olan Osmandan 0,501 qram heroin, bıçaq və mənzil qapısını açmaq üçün xüsusi vasitələr, Yasamal RPİ 29-cu PB tərəfindən AR CM-nin 177-ci maddəsi ilə axtarışda olan Sahibin üzərindən 0,650 qram heroin və bıçaq, ona məxsus “VAZ-21015” markalı avtomobildən isə 1 qramdan artıq heroin, 2 ədəd bıçaq, pnevmatik tarança və mənzil qapısını açmaq üçün 12 ədəd xusisi alət aşkar edilib. Bundan başqa tanışları Seyfulla Qafarovdan 0,462 qram, Qulu Əhmədovdan isə 0,403 qram heroin götürülüb. Araşdırmalar nəticəsində onlara narkotik vasitəni satan, Zərdabi küçəsində yaşayan Ülvi İsmayılov yaxalanıb və onun evindən 20 qramdan artıq heroin aşkar olunub.