“Xəzər Lənkəran”a qarşı 300 minlik iddia

xezer-lenkerana-qarsi-300-minlik-iddia
Oxunma sayı: 679

Ötən bazar müqaviləsi başa çatmamış cənub təmsilçisinin baş məşqçisi vəzifəsindən ayrılan 49 yaşlı mütəxəssis 300 min avro təzminat istəyir. Rednik “ağ-yaşıllar”ın rəsmi saytında müqavilənin qarşılıqlı razılıq əsasında pozulması haqda yazılan xəbərin həqiqətdən uzaq olduğunu açıqlayıb: “Xəzər Lənkəran”ın rəsmi saytında yazılıb ki, mən onlarla müqaviləni pozmuşam. Amma belə deyil”. Məsələ ilə bağlı “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov bildirib ki, Rumıniya mətbuatına yer alan xəbər heç bir fakta əsaslanmır. O deyib ki, Redniklə müqavilə qarşılıqlı şəkildə pozulub.

Bia.az