Ziya Məmmədov endirimə məcbur oldu – Yeni qiymətlər

ziya-memmedov-endirime-mecbur-oldu-yeni-qiymetler
Oxunma sayı: 679



Sabahdan London Taxi TX4 yeni avtomobillər parkının idarəedicisi "Baku Taxi Company" sərnişinlərin daşınması üzrə tariflərin azadılmasını planlaşdırır. “Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyindən məlumat verilib. Nazirlik nümayəndəsinin sözlərinə görə, bu məsələnin gün ərzində həll olunacağı gözlənilir.

Hazırda sərnişin minərkən bir manat və hər bir kilometrə görə 0,7 manat ödəyir. Yeni tarif cədvəlinə görə, tarif məsafədən asılı olaraq dəyişəcək. 10 kilometr məsafəyə qədər tarif əvvəlki kimi, yəni 0,7 manat qalacaq. 10 kilometrdən 20 kilometrədək bir kilometr üçün 0,4 manat, 20 kilometrdən yuxarı məsafəyə bir kilometr üçün 0,2 manat təşkil edəcək.

Bakıya artıq 100 ədəd bənövşəyi rəngli London Taxi TX4 avtomobili gətirilib. İlin sonunadək onların sayı 1000-ə çatdırılacaq.