Azərbaycan Beynəlxalq bankının idarə heyyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın axtarışa verilməsi ilə bağlı fakt təstiqlənib.
“Qafqazinfo”nun məlumatına görə, Z. Hacıyevanın dövlət tərəfindən təyin edilmiş vəkili Səxavət Şahbazov Trend-ə bildirib ki, iyunun 1-də Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib.
Vəkil bidirib ki, Zamirə Hacıyeva Beynəlxalq bank işində mənimsəmə faktına görə təqsirləndirilir.
"Mən dövlət tərəfindən vəkil təyin edildiyimə görə Zamirə Haciyevanın müqaviləli vəkili deyiləm. Ona görə də Azərbaycanda olmadığı üçün onunla əlaqə saxlamamışam", -deyə vəkil bildirib.
Son xəbərlər
Son Xəbərlər