“Ötən il İcraiyyə Komitəsinin VAR sistemi ilə bağlı qərarı var idi. Bununla bağlı FIFA ilə danışıqlara başladıq”.
“Qafqazinfo” xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov qurumun bugünkü Hesabat Konfransında deyib.
O, VAR sisteminin martın əvvəlinə qədər çatdırmağa çalışsalar da, bunun uzun proses olduğunu bildirib:
“Hər şey qaydasında gedirdi. Təəssüf ki, xüsusi çip avadanlığının təmin edilməsi ilə bağlı problem yarandı. Yenə də çalışırıq ki, VAR sistemi bu mövsüm Premyer Liqada tətbiq olunsun. Hər oyunda VAR sistemi olmalı idi”.
Qeyd edək ki, VAR (Video assistant referee) video-köməkçi hakim texnologiyasıdır. Əsas hakimə videoyazı ilə oyunun mübahisəli nöqtələrində qərarlar qəbul etməyə imkan verir.
Son xəbərlər
Son Xəbərlər