Camal Feyziyev məğlub oldu - Yenilənib

camal-feyziyev-meglub-oldu
Oxunma sayı: 2098

Bu gün Azərbaycanın daha bir cüdoçusu Rusiyanın Kazan şəhərindəki Böyük Dəbilqədə mübarizəyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, sonuncu yarış günündə 100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxacaq.

O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizellə (Slovakiya) üz-üzə gələcək.

***

100 kq-dan yuxarı çəki dərəcəsində Camal Feyziyev tatami üzərinə çıxıb.

O, 1/16 final mərhələsinə təsadüf edən ilk görüşündə Marius Fizelə (Slovakiya) qalib gəlsə də, növbəti raundda braziliyalı Rafael Silvaya ipponla uduzub.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın mübarizəyə qoşulmuş 9 cüdoçusundan yalnız Murad Fətiyev (81 kq) medal qazana bilib. Fətiyev həm də Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya əldə edib.