Çanaqqaladakı tarixi qüllə Azərbaycan bayrağı ilə işıqlandırıldı - Foto

canaqqaladaki-tarixi-qulle-azerbaycan-bayragi-ile-isiqlandirildi
Oxunma sayı: 1984

Türkiyənin daha bir şəhərində Azərbaycana dəstək nümayiş etdirilib.

“Qafqazinfo” xəbər verir ki, şəhərin Fetvane küçəsindəki tarixi Saat qülləsi ölkəmizlə bərabərlik və birliyi tərənnüm etmək üçün Azərbaycan bayrağı ilə işıqlandırılıb.

Çanaqqala Bələdiyyəsi tvitter səhifəsində görüntüləri paylaşaraq şərh yazıb:

“Sülhün şəhəri Çanaqqala olaraq işğal altında olan torpaqlarını müdafiə edən dost və qardaş ölkəmiz Azərbaycanın yanındayıq”.