Çardaqdan yıxılan kişi öldü

cardaqdan-yixilan-kisi-oldu
Oxunma sayı: 1324

Şəkidə kişi hündürlükdən yıxılaraq ölüb.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Şəkinin  Baş Göynük kəndində baş verib. Kənd sakini, 1969-cu il təvəllüdlü Adil Nüvər oğlu Zamanov yaşadığı evin həyətindəki mal tövləsinin çardağından yıxılıb və ağır xəsarət alıb.

Yaxınları onu xəstəxanaya aparmaq istəsələr də, yaralı yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov