Cavid İsmayıl APA TV-dən getdi

cavid-ismayil-apa-tv-den-getdi
Oxunma sayı: 2240

APA TV-nin rəhbəri Cavid İsmayıl işdən çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə jurnalist özü məlumat verib.

O bildirib ki, sabah APA TV-dən sonuncu məzuniyyətinə çıxır: “Bu gün isə burada sonuncu iş günümdür. 29 yaşımda gəldiyim “APA Group”dan 44 yaşımda ayrılıram. Bu müddətdə Vesti.az istisna olmaqla media qrupa daxil olan bütün saytlarda çalışdım, üstəlik, televiziya təcrübəsini burada qazandım”.

Qeyd edək ki, APA TV-nin Baş direktoru vəzifəsinə Orxan Məmmədli təyin edilib.