Cəlilabadda ər həyat yoldaşını öldürdü

celilabadda-er-heyat-yoldasini-oldurdu
Oxunma sayı: 3232

Cəlilabadda qətl hadisəsi törədilib. 

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. Kənd sakini Qədirağa Mirzəyev həyat yoldaşı Yəmən Mirzəyevanı qətlə yetirib. 

Məlumata görə, ruhi-əsəb xəstəsi olduğu deyilən Q.Mirzəyev həyat yoldaşını küt alətlə vuraraq öldürüb.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Surxay Şahbazov