Cəlilabadda maşın aşdı, xəsarət alanlar var

celilabadda-masin-asdi-xesaret-alanlar-var
Oxunma sayı: 1542

Cəlilabad rayonunda yol qəzası baş verib. 

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin aşması nəticəsində rayon sakini, 1987-ci il təvəllüdlü Tünzalə Hökməliyeva və 2008-ci il təvəllüdlü Zəhra Hökməliyeva xəsarət alıb. 

Yaralılar rayon xəstəxanasına aparılıb. 

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov