“Çelsi” 41 milyon dollara müdafiəçi aldı

celsi-41-milyon-dollara-mudafieci-aldi
Oxunma sayı: 2255

"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, İngiltərə təmsilçisi məşhur seneqallı müdafiəçi Kalidu Kulibalini “Napoli”dən transfer edib. 31 yaşlı stopper ilə 4 illik müqavilə imzalanıb.

Futbolçunun keçidi London klubuna 41 milyon dollara başa gəlib. Kulibalinin illik maaşı 10 milyon dollar olacaq.