“Çelsi” Mareska ilə yollarını ayırdı

celsi-mareska-ile-yollarini-ayirdi
Oxunma sayı: 446

İngiltərənin “Çelsi” klubu baş məşqçisi Enzo Mareska ilə yollarını ayırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə London təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.

Bildirilib ki, tərəflər qarşılıqlı razılıq əsasında əməkdaşlığa son qoyublar.

“Zadəganlar” Mareskanın rəhbərliyi altında UEFA Konfrans Liqasında və FIFA Klublararası Dünya Çempionatında qazanılan uğurları xüsusi qeyd edərək, italyan mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib.