“Çelsi” Mareska ilə yollarını ayırır

celsi-mareska-ile-yollarini-ayirir
Oxunma sayı: 574

“Çelsi” baş məşqçi Enzo Mareskanı istefaya göndərməyə yaxındır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV-də məlumat yayılıb.

Mənbənin bildirdiyinə görə, italiyalı mütəxəssislə klub rəhbərliyi arasında münasibətlər tamamilə pisləşib. Buna əsas səbəb son dövrdə komandanın uğursuz nəticələridir.

Qeyd edək ki, London təmsilçisi son 9 oyunda cəmi 2 qələbə qazana bilib.