Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.
“Qafqazinfo” xəbər verir ki, PSJ öz meydanında turnirin son qalibi “Real”la qarşılaşacaq. “Santyaqo Bernabeu”da keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan Paris təmsilçisi çətin durumdadır.
“Liverpul” isə “Portu”nu qəbul edəcək. İlk oyunda 5-0 qalib gələn ingilislər demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.
1/8 finalın cavab oyunları
PSJ (Fransa) – “Real” (İspaniya) - 1:2
Qollar: Kavani, 71 - Ronaldo, 52; Kasemiro, 80
Qırmızı vərəqə: Verratti, 66
“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) - 0-0
İlk oyun – 5:0
***
Hər iki oyunda komandaların heyətləri açıqlandı


***
Hər iki matç "Fiorentina"nın oyunçusu Davide Astorinin vəfatı ilə əlaqədar 1 dəqiqəlik sükutla başlayıb.
***
Hər iki matçda tərəflərin cəhdlərinə baxmayaraq hesab açılmayıb.
***
51-ci dəqiqədə Ronaldo "Real"ı hesabda önə çıxarıb. Artıq PSJ növbəti mərhələ şansını davam etdirmək üçün ən az 3 qol vurmalıdır.
***
66-cı dəqiqədə Verratti ikinci sarı vərəqədən sonra qırmızı vərəqə ilə cəzalanadırılıb.
***
PSJ 10 nəfər qalmasına baxmayaraq hesabı bərabərləşdirə bilib. 71-ci dəqiqədə Kavani qol vurub.
***
80-ci dəqiqədə Kasemiro "Real"ı yenidən hesabda önə çıxarıb.
***
Hər iki matç başa çatıb. Beləliklə, "Real" və "Liverpul" 1/4 finala vəsiqə qazanıblar.
Son xəbərlər
Son Xəbərlər