Çerniqovda ölənlərin sayı 17-yə çatdı - Video - Yenilənib

cerniqovda-olenlerin-sayi-17-ye-catdi
Oxunma sayı: 5049

Rusiya ordusu bu gün səhər Ukraynanın Çerniqov şəhərini atəşə tutub.

“Qafqazinfo” “Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər həlak olub, daha 18 nəfər isə xəsarət alıb. 
Şəhərdə 3 partlayış qeydə alınıb. 

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. Zərbənin əhalinin sıx yaşadığı hissəyə endirildiyi bildirilir.

***

Çerniqovun atəşə tutulması nəticəsində həlak olanların sayı 15-ə, yaralıların sayı isə 60-a çatıb. Xəsarət alanlardan ikisi uşaqdır. 

***

“RBC-Ukraina”nın məlumatına görə, Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Hazırda 6 nəfər itkin düşmüş hesab olunur.