Çexiya Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən göndərir

cexiya-rusiya-sefirliyinin-18-emekdasini-olkeden-gonderir
Oxunma sayı: 2731

Çexiya Rusiya səfirliyinin 18 əməkdaşını ölkədən göndərir.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş nazirinin birinci müavini və daxili işlər naziri, həmçinin xarici işlər nazirinin vəzifələrini müvəqqəti icra edən Yan Qamaçek bildirib.

Onun sözlərinə görə, həmin şəxslər Rusiya kəşfiyyatının zabitləridir.

“Rusiya səfirliyinin 18 əməkdaşı 48 saat ərzində Çexiyanı tərk etməlidir”, - o deyib.