Ceyhun Bayramov BƏƏ-yə getdi

ceyhun-bayramov-bee-ye-getdi
Oxunma sayı: 1281

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərinə rəsmi səfərə yola düşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah bin Zayed Əl Nəhyanın dəvəti əsasında baş tutan səfər çərçivəsində yüksəksəviyyəli görüşlərin keçirilməsi nəzərdə tutulur.