Ceyhun Bayramov Polşaya getdi

ceyhun-bayramov-polsaya-getdi
Oxunma sayı: 1089

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirak etmək məqsədilə Polşaya işgüzar səfərə yola düşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, səfər çərçivəsində, həmçinin nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulur.