“Çılpaq şəklimi yayanlara cinayət işi açılacaq”- - Rəqsanə

cilpaq-seklimi-yayanlara-cinayet-isi-acilacaq-
Oxunma sayı: 15014


“Qafqazinfo”nun məlumatına görə, “Onlar” verilişinə açıqlamasında müğənni şəkilləri ilə bağlı polisə müraciət etdiyini bildirib:

“Ailəmizdə toy olacaq. Amma kimin xeyir işinin olacağını sürpriz etmək istəyirəm. Şəxsi telefonumdan şəkillərimi oğurlayıblar və artıq satışa çıxardıblar. Bu haqda dövlət qurumlarına müraciətimiz var.  Mənim fotolarım harda yayımlansa, həmin adam qanun qarşısında cavab verəcək. O fotolar iki il əvvəl çəkilib. Şəkillərimi oğurlayan adama demək istəyirəm ki, ağıllı olsun. Bunun izinə düşmüşəm, ağılsız qadın deyiləm. Orada  çəkinəcəyim şəkil yoxdur. Jurnalistlərə zəng edib deyirlər ki, 3-5 min verin şəkilləri sizə sataq. Həmin adamı tapacam”. 

Könül 

Rəqsanənin çılpaq fotosu ilə bağlı fikirlərini 5:20-ci saniyədən izləyə bilərsiniz