Çində iki doza vaksin vurulanların sayı bir milyardı ötdü

Çində iki doza vaksin vurulanların sayı bir milyardı ötdü
Oxunma sayı: 770

Çində iki doza koronavirus vaksini vurduranların sayı 1 milyardı ötüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyası açıqlama yayıb.

Bildirilib ki, ölkədə ümumilikdə 2 milyard 160 milyon doza COVID-19 vaksini vurulub. 1 milyarddan çox şəxsə isə iki doza vaksin tətbiq olunub.

1,4 milyard əhalisi olan ölkədə vaksinasiyaya uyğun vətəndaşların 72 faizi iki doza peyvənd vurdurub.