Çində koronaviruslu xəstələrin sayı artdı

cinde-koronaviruslu-xestelerin-sayi-artdi
Oxunma sayı: 2893

Çində son sutka ərzində daha 42 nəfər koronavirusa yoluxub, 1 nəfər dünyasını dəyişib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Belə ki, 42 nəfərdən 38-si xaricdən gələn şəxslər, digər dördü isə yerli sakinlərdir (üçü Quandun, biri isə Heylutszyan əyalətində).

Ümumilikdə Çində 81 907 koronavirusa yoluxma halı qeydə alınıb, 3 336 pasiyent dünyasıı dəyişib.