Çindən kənarda koronavirusa yoluxanların sayı yenidən artdı

cinden-kenarda-koronavirusa-yoluxanlarin-sayi-yeniden-artdi
Oxunma sayı: 1191

Çindən kənarda koronavirusa yoluxanların sayı artaraq 1200 nəfərə çatıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. 26 ölkədə ümumilikdə daha 127 yeni yoluxma halı qeydə alınıb. Ölənlərin sayı isə 8 nəfərdir.

Qeyd edək ki, Çində Covid-19-dan ölənlərin sayı 2236 nəfər, yoluxanların sayı isə 75 min nəfərdən çoxdur.