ÇL-də ilk yarımfinalçılar bəlli oldu

cl-de-ilk-yarimfinalcilar-belli-oldu
Oxunma sayı: 3467

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, nəticədə iki görüş keçirilib. 

Belə ki, Parisdə PSJ-ni udan “Barselona” evdə rəqibinə məğlub olub. “Borussiya” isə “Atletiko”ya ilk oyundakı məğlubiyyətin əvəzini Dortmundda çıxa bilib. Bununla da, yarımfinala "Borussiya" və PSJ klubları çıxıb.

UEFA Çempionlar Liqası
1/4 final mərhələsi, cavab oyunları

16 aprel

"Barselona" - PSJ 1:4

"Borussiya"(Dortmund) - "Atletiko" 4:2