“CNN” rəhbəri istefa verdi

cnn-rehberi-istefa-verdi
Oxunma sayı: 1054

CNN prezidenti Ceff Zuker vəzifəsindən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə telekanalın saytında bildirilib. 

O, istefasını həmkarı ilə “qarşılıqlı razılıq əsasında” yaranmış münasibətlər faktını vaxtında rəhbərlərə açıqlamaması ilə izah edib. Bu məlumat CNN telekanalının keçmiş aparıcısı Kris Kuomoya qarşı aparılan araşdırma zamanı üzə çıxıb.

“Münasibətlər başlayanda onlar haqqında rəhbərliyə danışmaq tələb olundu, amma danışmadım. Səhv etdim", - Zuker televiziya şirkətinin əməkdaşlarına müraciətində bildirib.

2021-ci il dekabrın əvvəlində televiziya aparıcısı Kris Kuomonun qardaşına – haqqında təcavüz iddiaları səsləndirilən Nyu York əyalətinin keçmiş qubernatoru Endryu Kuomoya istintaq zamanı kömək etdiyi üzə çıxdıqdan sonra istefaya göndərilib. Nyu York Baş Prokurorluğunun açıqladığı sənədlərdə CNN aparıcısının qardaşı Endryu Kuomonu ittiham edən qadınlarla bağlı məlumatları media işçilərindən toplayaraq müşavirlərinə çatdırdığı iddia edilib. Eyni zamanda Kris Kuomonun da adı təcavüz iddialarında hallanıb.