Coli Pittin onu döydüyünü iddia edir

coli-pittin-onu-doyduyunu-iddia-edir
Oxunma sayı: 2050

Hollivud ulduzu Ancelina Coli keçmiş həyat yoldaşı, məşhur aktyor Bred Pitt tərəfindən şiddətə məruz qaldığını iddia edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Coli boşanma prosesi zamanı məhkəmədə bildirib. Aktrisa əlində sübutların olduğunu, tez bir zamanda hüquq-mühafizə orqanlarına təqdim edəcəyini vurğulayıb.

Bu sənədlərin bütün təfərrüatları məlum olmasa da, bu mövzuda həm özünün, həm də altı övladının ifadə verməyə hazır olduqları bildirilib.

Coli yetkinlik yaşına çatmamış uşaqlarından ifadə almaq üçün vəsatət qaldırıb.