“Qafqazinfo” İnterfax-a istinadən xəbər verir ki, məşhur aktyor Corc Kluninin çoxdan gözlənilən nikah mərasimi Venesiyada baş tutub. O, hüquq müdafiəçisi Amal Alamuddin ilə ailə həyatı qurub.
Mərasim şəhərin Qrand kanal mənzərəli otelində keçirilib.
53 yaşlı bəy və 36 yaşlı gəlin nikaha gözlərinnə gün eynəkləri ilə qatılıblar. Amal Alamuddinin gəlinliyi isə ağ qara rəngli sadə don olub.
Qeyd edək ki, Corc Kluni yalnız 20 il bundan əvvəl bir dəfə nikahda olub, Amalın isə ilk evlilik həyatıdır.
Son xəbərlər
Son Xəbərlər