Cozep Borrellin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı - Bəyanatı

cozep-borrellin-azerbaycan-ermenistan-serhedindeki-veziyyetle-bagli
Oxunma sayı: 7271

“Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədindəki son vəziyyəti diqqətlə izləyir”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin bəyanatında deyilir.

“Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino mənim adımdan mayın 13-də Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla, cümə günü isə Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla danışıb, hər iki tərəfi maksimum təmkin göstərməyə və vəziyyətin gərginləşməsini azaltmağa çağırıb”, - deyə Aİ rəsmisinin bəyanatında deyilir.

Sənəddə qeyd olunur ki, Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar ATƏT-in hazırkı sədrliyi ilə əlaqə saxlayıb.

“Sərhədlərin delimitasiyası və demarkasiyası yerli əhalinin təhlükəsizliyi naminə danışıqlar yolu ilə həll olunmalıdır. İki tərəf arasında davam edən texniki təmasları alqışlayırıq”, - deyə bəyanatda vurğulanır.