“Crocus” terroru ilə bağlı daha 3 nəfər saxlanıldı - Fotolar

crocus-terroru-ile-bagli-daha-3-nefer-saxlanildi
Oxunma sayı: 11490

Rusiyada “Crocus City Hall”da törədilən terror aktı ilə əlaqədar daha 3 nəfər saxlanılıb.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, terrorçuların qaçdığı “Renault” markalı avtomobil onlardan birinə məxsus olub. Saxlanılanlardan digər ikisi isə onun atası və qardaşıdır. 

Dilovar və Aminçon qardaşları, həmçinin ata İsrail İslamov barəsində iki ay müddətinə (mayın 22-dək) həbs qətimkam tədbiri seçilib. Dilovar və Aminçon İslamovlara qarşı artıq ittiham irəli sürülüb, onların atası şübhəli olaraq qalır.

Qeyd edək ki, “Renault” markalı avtomobilin sahibi 23 yaşlı Dilovar İslamovdur. Dilovar və 33 yaşlı qardaşı Aminçon İstintaq Komitəsinə özlərinin gəldiklərini bildiriblər.

Fotoda Dilovar İslamov

Fotoda Aminçon İslamov

Fotoda İsrail İslamov