Culfada dəhşətli olay - 4 yaşlı qız zorlanıb

culfada-dehsetli-olay
Oxunma sayı: 4792

Naxçıvan Muxtar Respublikasında əsgərlikdən yeni gələn 23 yaşlı gənc toyda 4 yaşlı qızı zorlayıb. Yerli sakinlər isə həmin şəxsin əllərini və ayaqlarını yandıraraq cəzalandırıblar.

Daxili İşlər nazirliyinin Mətbuat Xidmətinin İnformasiya bölməsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev “Qafqazinfo”ya açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, iyulun 30-da Culfa rayonunda 1994-cü il təvəllüdlü Ələsgər Məmmədov 2013-cü il təvəllüdlü qızı zorlayıb.

Faktla bağlı Culfa rayon prokurorluğunda cinayət işi başladılıb və istintaq davam etdirilir.

İ.Babayev qeyd edib ki, hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədova qarşı yerli sakinlər tərəfindən hər hansı cəza verilməsi haqda onlarda məlumat yoxdur.

Qeyd edək ki, yayılan məlumata görə, Ə.Məmmədov toyda spirtli içki qəbul etdikdən sonra azyaşlı qızın başını aldadaraq kənara aparıb və zorlayıb. 

Murad Əhməd