Dağıstanda 3 döyüşçü öldürüldü

Dağıstanda 3 döyüşçü öldürüldü
Oxunma sayı: 297

Dağıstanda ötən gün başlayan xüsusi əməliyyat bu səhər də davam edib. Karabudaxkent rayonunda fəal fazası başa çatan əməliyyat nəticəsində 3 döyüşçü öldürülüb.
Rusiya Milli Anti-terror Komitəsinin məlumatına görə, yaşayış evlərindən birində mühasirəyə alınan bir qrup döyüşçü xüsusi-təyinatlı dəstələrin təslim olmaq əmrinə atəş açmaqla cavab verib və atışma başlayıb. Əməliyyat nəticəsində xüsusi-təyinatlılar da itki verib, 1 nəfər ölüb, biri isə yaralanıb. Xüsusi əməliyyat davam edir.

anspress


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi