Dağlıq ərazidə köməksiz qalan xarici vətəndaşlar xilas edildi - Video

dagliq-erazide-komeksiz-qalan-xarici-vetendaslar-xilas-edildi
Oxunma sayı: 1567

Ötən gecə güclü yağıntılar səbəbindən Xızı rayonunun Fındığan kəndi yaxınlığında dağlıq ərazidə 3 nəfər avtomobildə köməksiz vəziyyətdə qalıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı FHN-ə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, içərisində 3 nəfər xarici ölkə vətəndaşının olduğu “Toyota Prado” markalı minik avtomobili yoldan çıxıb palçıqda batıb və vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi təyinatlı nəqliyyat vasitəsilə vətəndaşları təhlükəsiz əraziyə təxliyə ediblər.