Daha 534 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdi

daha-534-nefer-koronavirusa-yoluxdu
Oxunma sayı: 8781

Azərbaycanda 534  yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 307  nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Qafqazinfo"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5  nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7106 koronavirus testi aparılıb.