Daha bir ölkədə “Omicron”a ilk yoluxma qeydə alındı

daha-bir-olkede-omicrona-ilk-yoluxma-qeyde-alindi
Oxunma sayı: 1659

Meksikada koronavirusun “Omicron” ştamına ilk yoluxma qeydə alınıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Meksikanın səhiyyə nazirinin müavini Uqo Lopes-Qatel deyib.

Onun sözlərinə görə, virus Cənubi Afrika Respublikasından (CAR) gələn vətəndaşda aşkarlanıb.

51 yaşlı şəxs özəl xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu deyilir.