Daha bir taksi sürücüsü saxlanıldı - Video

daha-bir-taksi-surucusu-saxlanildi
Oxunma sayı: 2196

Bakıda qeyri-etik davranışına görə daha bir taksi sürücüsü məsuliyyətə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, polis əməkdaşları tərəfindən həyata keçirilən profilaktik tədbir zamanı 99-UX-472 dövlət qeydiyyat nişanlı “Opel Astra” markalı avtomobilin sürücüsünün xanım sərnişinlə yersiz söhbətlər aparması və təkliflər etməsi müəyyən olunub və o, məsuliyyətə cəlb edilib.