Daşkəsəndə yanacaqdoldurma məntəqəsində yanğın oldu - Video

daskesende-yanacaqdoldurma-menteqesinde-yangin-oldu
Oxunma sayı: 1769

Daşkəsəndə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsində yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Daşkəsən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Yanacaqdoldurma məntəqəsinin ərazisindəki generatorda qısaqapanma nəticəsində qatı tüstülənmənin baş verdiyi və məntəqə üçün təhlükənin yarandığı müəyyən olunub.

Yanğınsöndürənlər tərəfindən yanğınsöndürmə məntəqəsi mümkün yanğın-partlayış təhlükəsindən qorunub.