Türkiyə baş naziri Əhməd Davudoğlu prezident Rəcəb Tayyib Ərdoğana istefasını təqdim etdikdən sonra ilk iş olaraq sosial şəbəkədə “təmizləmə”lərə başlayıb.
“Qafqazinfo” xəbər verir ki,o, istefa verdikdən sonra Tvitterdəki hesabında şəxsi məlumatların yazıldığı bölmədən “Baş nazir” və “Lider” sözlərini silərək “62-ci, 63-cü, 64-cü Türkiyə Cumhuriyyət Hökumətinin baş naziri, Konyanın millət vəkili” ifadələrini yazıb.

Son xəbərlər
Son Xəbərlər