Daxili Qoşunların yaranmasının ildönümü ilə bağlı tədbir - Fotolar

daxili-qosunlarin-yaranmasinin-ildonumu-ile-bagli-tedbir
Oxunma sayı: 2534

Martın 12-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunları yaranmasının növbəti ildönümünü qeyd edir.

“Qafqazinfo” xəbər verir ki, bu münasibətlə Daxili Qoşunların Baş İdarəsində təntənəli mərasim keçirilib. Tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iştirak edib.

Əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ən xoş arzularını şəxsi heyətə çatdıran general-polkovnik Vilayət Eyvazov ümummilli lider Heydər Əliyevin ordu quruculuğu prosesində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının təkmilləşməsinə böyük önəm verdiyini, məhz onun xüsusi diqqət və qayğısı ilə formalaşıb inkişaf etdiyini məmnunluqla diqqətə çatdırıb.

V.Eyvazov onu da qeyd edib ki, məhz Ali Baş Komandanın əvəzsiz dəstəyi sayəsində Daxili Qoşunların maddi-texniki bazasının, kazarma-yaşayış fondunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib, zəruri olan vasitələrlə təchiz edilib.

Nazir işğaldan azad olunmuş ərazilərdə polis əməkdaşları ilə birgə Qoşunların hərbi qulluqçularının peşəkar xidmətini vurğulayıb.

Tədbirə yekun vuran nazir V.Eyvazov Daxili Qoşunların qarşıda duran başlıca vəzifələrini qeyd edərək tapşırıq və tövsiyələrini verib.