Dəhşətli terror aktı- - 2000 ölü

dehsetli-terror-akti-
Oxunma sayı: 7138


“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, terror təşkilatı Nigeriyanın şimal-şərqindəki Baga şəhərinə hücumu nəticəsində ölülərin sayının artdığı açıqlanıb. Şəhərə edilən hücumların nəticəsində 2 min insanın öldüyü deyilir.

Baga şəhərinin rəsmi nümayəndəsi Musa Alhaji Bukar açıqlamasında çərşənbə günü təşkilat üzvlərinin bütün şəhəri yandırdıqlarını bildirib. 

Bukar cümə axşamı baş verən hücumda əhali Borno əyalətinin mərkəzi Maiduguri şəhərinə qaçdıqlarını söyləyib. 

Rəsmi nümayəndə əhalinin əksəriyyətinin “Boko Haram”dan qaçarkən Çad çayında boğulduğunu dilə gətirib.