Demetin bu geyiminə ev almaq olar - Fotolar

demetin-bu-geyimine-ev-almaq-olar
Oxunma sayı: 3528

Türkiyənin pop ulduzu Demet Akalın geyimi ilə yenidən gündəmə gəlib. “Qafqazinfo” xəbər verir ki, həmkarı Ayla Çelikinin ad gününə gələn Akalın üzərində elə bil ki, sərvət daşıyıb. 

Sənətçi 500 min TL dəyərində olan üzük, 80 min lirəlik saat, 300 minlik çantadan istifadə edib.  Bundan başqa, Demetin üzərində ən ucuz şey ətəyi olub, 229 lirə təşkil edib.  Onun köynəyi 8 min 200 TL-yə, eynəyi isə 1400 lirəyədir. 

Türkiyə KİV-ləri yazır ki, Akalının üzərindəki aksessuar, geyimlərə xərclədiyi pulla bir ev və maşın almaq mümkündür.