Deputat Yasamalın icra başçısı oldu

deputat-yasamalin-icra-bascisi-oldu
Oxunma sayı: 7860

Prezident İlham Əliyev deputat Elşad Həsənovla bağlı sərəncam verib.

"Qafqazinfo" xəbər verir ki, sərəncama əsasən, Elşad Eldar oğlu Həsənov Yasamal rayonuna icra başçısı təyin edilib.

Qeyd edək ki, E. Həsənov 2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib.

Xatırladaq ki, Yasamalın icra başçısı Əziz Əzizov Suraxanıya icra başçısı göndərilib.