Deputatla xanımını öldürüb intihar edən biznesmen imiş

deputatla-xanimini-oldurub-intihar-eden-biznesmen-imis
Oxunma sayı: 5185

Rusiya Federasiyasının Rostov vilayəti Qanunvericilik Şurasının deputatı, Rusiya Elmlər Akademiyasının akademiki Andrey Alabuşev və həyat yoldaşı Olqa Alabuşevanı qətlə yetirən şəxsin kimliyi müəyyənləşdirilib.

“Qafqazinfo”nun “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, cütlüyü Rostovdan olan 38 yaşlı biznesmen Aleksandr Poluyan süngü ilə öldürüb. Alabuşevlər başlarından aldıqları zərbə nəticəsində vəfat ediblər. Daha sonra Poluyan evin ikinci mərtəbəsinə çıxaraq intihar edib.

Aleksandr Poluyan

Mərkəzi İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko faktı təsdiqləyib.

Cinayətin şəxsi düşmən münasibətləri zəminində törədildiyi ehtimal olunur.

Xatırladaq ki, Andrey Alabuşevlə həyat yoldaşı Olqa Alabuşevanın meyitləri ötən gün Zernoqraddakı mənzillərində aşkarlanıb.