“Desəm ki, arvadımı döymüşəm, mənə cinayət işi açarlar”

desem-ki-arvadimi-doymusem-mene-cinayet-isi-acarlar
Oxunma sayı: 2426

Əməkdar artistlər Baloğlan Əşrəfov və Yusif Mustafayev müzakirələrə səbəb olan açıqlamalar veriblər. “Qafqazinfo” xəbər verir ki, onlar “X Maqazin” proqramının “Qadına şiddət” mövzusunda apardığı sorğuda iştirak ediblər.

B. Əşrəfov xanımına qarşı zorakılıq etdiyini bildirib: “Əsəbiləşəndə gərək yumruğu stola çırpasan ki, içindəki emosiya boşala! Ya da ki, yüngülvari nələrsə edirsən. Heç kim yalan danışmasın. Kişiyə yaraşmır “yox, mən belə şey etməmişəm” demək...”.

Y. Mustafayev isə proqramda bunu açıqlamaq istəmədiyini deyib, lakin “Yaxşı at özünə qamçı vurdurmaz” məsəlini xatırladıb:

“Biz Sovet dövrünün insanlarıyıq. Desəm ki, olub, səhəri gün mənə cinayət işi açarlar. İnsan söz deməyə qorxur. Bir məsəl var: “Yaxşı at özünə qamçı vurdurmaz”.

Tanınmışların sözügedən açıqlaması ilə videonun 6-cı dəqiqəsindən sonra tanış ola bilərsiz.