Dezinformasiyanı aşkarlayan proqramın fəaliyyəti dayandırılır

dezinformasiyani-askarlayan-proqramin-fealiyyeti-dayandirilir
Oxunma sayı: 1342

“Meta” yalan xəbərləri aşkar edən “CrowdTangle” proqramının fəaliyyətini dayandıracaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Figaro” məlumat yayıb.

Bildirilib ki, şirkət bunu avqustun 14-dən tətbiq edəcək. Əvəzləyici yeni proqramın olacağı deyilsə də, onun işə salınacağı vaxt barədə məlumat verilməyib.

Qeyd edək ki, “CrowdTangle” proqramı feysbuk və instaqramda yalan xəbərləri, zorakılığın təbliğini vaxtında aşkara çıxarmağa imkan verir. Proqramdan ən çox jurnalistlər və tədqiqatçılar istifadə edirlər.