“DİA Holdinq”dən fəhlələrin aksiyası ilə bağlı – Açıqlama

dia-holdinqden-fehlelerin-aksiyasi-ile-bagli-aciqlama
Oxunma sayı: 846

“Alov Qüllələri” binasının tikintisini həyata keçirən “DİA Holdinq” şirkəti fəhlələrin bu gün keçirdikləri etiraz aksiyasına münasibət bildirib.

“Qafqazinfo”ya şirkətdən daxil olan məlumata görə, fəhlələrin etiraz etdiyi yeməyin keyfiyyətinin pis olması subyektiv səbəbdir: “Holdinqin prezidenti də fəhlələr kimi o yeməyi yeyir. Hər ikisi eyni qazanda hazırlanır. Buna 100 faiz əmin ola bilərsiniz”.

Şirkətdən bildirilib ki, fəhlələrin maaşlarının gecikməsi DİA Holdinqlə bağlı deyil. Çünki pullar şirkət tərəfindən suppodratçılarına ödənilir və onlar da fəhlələrin maaşını gecikdirib. Artıq DİA holdinq rəhbərliyi suppodratçıları ilə danışaraq onları tənbeh edib. Fəhlələrin pulu ödəniləcək.